!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ermənistanın sülh müqaviləsinin imzalanmasını gecikdirməsinin SƏBƏBİ - “Manevr imkanları artan İrəvan...” - ŞƏRH

!Reklam – Yazi

“Ermənistan müharibədən sonra çox şərtlər irəli sürmürdü. Bu bölgədəki vəziyyətlə bağlı idi”.

Bunu Ermənistanın irəli sürdüyü sülh təklifi haqda fikirlərini bölüşən politoloq Asif Nərimanlı Yenicag.az-a açıqlamasında deyib.

O, bildirib ki, Ermənistan  maksimum dərəcədə öz istəklərinə uyğun sənədin imzalanmasını çalışır:

“Ermənistanın açıqlamasından belə başa düşülür ki, təklif etdikləri sülh müqaviləsində Qarabağda yaşayan ermənilərin hüquq və təhlükəsizliyi məsələsi əksini tapıb. Lakin birmənalı olaraq Azərbaycan Qarabağdakı ermənilərə muxtariyyət verilməsinə razı deyil. Məsələ budur ki, Ermənistan müharibədən sonra çox şərtlər irəli sürmürdü. Bu bölgədəki vəziyyətlə bağlı idi. Ermənistanın sülh müqaviləsinin imzalanmasını gecikdirməkdə məqsəd geo-siyasi dəyişikliyi gözləmək idi. Rusiya-Ukrayna müharibəsi belə dəyişikliyin yaranmasına səbəb oldu.

Regionda Rusiya faktoru var idisə, artıq ABŞ və Fransa bölgəyə addım atmaq yolunda irəliləyir. Bu da Ermənistanın manevr imkanlarını çoxaldır. Bu baxımdan Ermənistan maksimum dərəcədə öz istəklərini irəli sürməyə çalışırlar”.

Nəsimi Ələsgərli

www.yenicag.az

525
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv