!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ermənistanın sülhlə bağlı DİRƏNİŞİ: "Hər cür təxribata hazır olmalıyıq" - Polkovnikdən AÇIQLAMA

!Reklam – Yazi

“Ermənistan “Sərhədlərinizi və Qarabağı Azərbaycanın tərkib hissəsində tanıyırıq” deməmək üçün cürbəcür oyun quracaq”.

Bu sözləri Qarabağdakı vəziyyət, erməni tərəfinin sülhyaratmada aşmaq istəmədiyi hədləri və nəticələri şərh edən ehtiyatda olan polkovnik-leytenant, hərbi ekspert Elxan Şıxəliyev Yenicag.az-a açıqlamasında deyib.

Elxan Şıxəliyev bildirib ki, Qarabağ ətrafında baş verən proseslərə iki yöndən – siyasi və hərbi konteksdən baxmaq lazımdır:

“Siyasi baxımdan Azərbaycan tərəfi istəyir ki, Ermənistan sərhəd komissiyası ilə birgə bu məsələlər bir qədər erkən masaya daşınsın. Təbii ki, bu, Ermənistan üçün məcburiyyətdir. Avropa İttifaqı tələb edir ki, zamanı çatıb, masa arxasında oturmağınız üçün görüşülməlidir. Prosesin ən çətin hissəsi komissiyalar görüşməsi idi və bu baş tutdu. Bu baryer aşıldı. Azərbaycanın tələbləri bəllidir. Sərhədlərimiz olsun, Ermənistan Azərbaycan sərhədlərini tanısın. Ermənistan adına siyasətən Qarabağı Azərbaycanın sərhədləri daxilində tanımaqda problem yaranır. Erməni siyasi hakimiyyəti qərar verə bilmir. İctimaiyyət də bunun əksini tələb edir. Əslində, Ermənistan üçün aşılacaq baryer bu məsələdir. Bu yöndə qərar verməmək üçün müxtəlif ssenarilər ortaya çıxır, mitinqlər keçirilir. Paşinyan da Avropa İttifaqına bildirir ki, vəziyyət gərgindir. Beləcə vaxt qazanır. Digər tərəfdən, ərazidə təmas xəttində olan müdafiə qoşunlarına Müdafiə Nazirliyindən direktivlər gəlir ki, atəşkəs pozulur. Bunun da adını nizam-intizazmsızlıq qoyurlar. İmitasiya edirlər ki, baryeri aşmasınlar. Bütün bunlar ona görə baş verir ki, əsas məqamdan yayınsınlar.

“Sərhədlərinizi və Qarabağı Azərbaycanın tərkib hissəsində tanıyırıq” deməmək üçün cürbəcür oyun quracaqlar. Bu oyunun içərisində daxili kataklizmlər də olacaq, sərhəd bölgəsində və Qarabağ ərazisində müxtəlif yönümlü atəşkəsin pozulması, lokal konfliktlər və ağlımıza gələn, gəlməyən hadisələr yaşanacaq. Erməni tərəfinin 5 şərti qəbul etməmək üçün proqnozlaşdıracağımız və yaxud proqnozlaşdıra bilməyəcəyimiz addımlarına hazır olmalıyıq”.

Səxavət Məmməd

www.yenicag.az

556
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv