!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Ermənistanın susqun çoxluğu Azərbaycanın hazırkı qələbəsinə sevinib" - Politoloq

!Reklam – Yazi

“Əgər radikallar Ermənistanın daha ağır məğlubiyyət aldığı İkinci Qarabağ müharibəsinin sonunda Paşinyanı devirə bilmədilərsə, indi devirmək resursları daha azdır”.

Yenicag.az xəbər verir ki, bu fikirləri Ermənistanın Baş naziri Nikol Paşinyan hakimiyyətinə qarşı paytaxt İrəvanda keçirilən aksiyaları dəyərləndirən politoloq Elxan Şahinoğlu sosial media hesabında yazıb.

Politoloq qeyd eidb ki, Ermənistanın radikal müxalifətinin baş nazir Nikol Paşinyanı hazırkı mərhələdə devirmək ehtimalı yüksək deyil:

“Əgər radikallar Ermənistanın daha ağır məğlubiyyət aldığı İkinci Qarabağ müharibəsinin sonunda Paşinyanı devirə bilmədilərsə, indi devirmək resursları daha azdır. Ermənistanın susqun çoxluğu Azərbaycanın hazırkı qələbəsinə sevinib, çünki Qarabağ yükündən qurtulublar, erməni ailələr bundan sonra övladlarını Azərbaycan ərazisinə ölümə göndərməyəcəklər. Radikallar küçəyə 2-3 mindən çox etirazçı çıxara bilmirlər. Bu sayla hökuməti istefaya məcbur etmək mümkün deyil. Ermənistan cəmiyyəti Paşinyana real alternativ görsəydi, hazırkı baş nazirdən imtina edərdi. Alternativ yoxdur. Keçmiş prezidentlər Robert Köçəryan və Serj Sarkisyan Paşinyana alternativ deyillər, onların erməni cəmiyyətində dəstəkləri qalmayıb.

Paşinyanı hakimiyyətdən uzaqlaşdırmağın yolu ona qarşı terror təşkil etməkdir, yəni baş naziri öldürməkdir. Tutaq ki, hansısa yolla Nikol Paşinyanı hakimiyyətdən uzaqlaşdırdılar. Hakimiyyətə yiylənən radikal baş nazir erməni cəmiyyətinə nə təklif edəcək? Həmin radikal baş nazir Paşinyanın Azərbaycan və Rusiya prezidentləri ilə imzaladığı 9 noyabr 2020-ci ilə ortaq bəyanatından imtina edərsə, Azərbaycanla Ermənistan arasında yeni müharibə başlayacaq, bu dəfə Ermənistanın yarısını itirəcəklər. Bunu erməni cəmiyyəti də anladığından hələ bir müddət Nikol Paşinyanla yola davam edəcək. Bu, Azərbaycanın da maraqlarına cavab verir. Sülh sazişini Azərbaycanla müharibədə məğlub olan Paşinyana imzalatdırmaq lazımdır”.

www.yenicag.az

401
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv