!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Ermənistanın təhlükəsizliyinə zəmanət Rusiya və İran, təhlükə isə Türkiyədir" - Erməni siyasətçi

!Reklam – Yazi

“Ermənistanın təhlükəsiz gələcəyi Rusiya və İranla sıx ittifaqdadır”.

Yenicag.az xəbər verir ki, bunu Ermənistan Respublika Partiyasının (ERP) İcra orqanının nümayəndəsi, Ermənistan Respublikası Milli Assambleyasının keçmiş vitse-spikeri Eduard Şarmazanov deyib. O bildirib ki, Ermənistanın təhlükəsizlik sektorunda gələcəyi Rusiya və İranla sıx müttəfiqlikdir.

“İstər AİB-ə, istərsə də MDB-yə üzv ölkələrin rəhbərlərinin Sankt-Peterburqda keçirilən görüşü, istərsə də yüksək rütbəli iranlı diplomatın Ermənistana səfəri göstərdi ki, regional qüvvələr Cənubi Qafqazda aparıcı rol oynamağa başlayır.

Qərb bunu istəmir, amma bu reallıqla hesablaşmalı olacaq.

Paşinyanın Qərblə bağlı təhlükəsizlik hesablamaları növbəti dəfə baş tutmadı.

Qərb formatı Qarabaığın Azərbaycana təslim olmasını Praqada keçirdi və rəsmiləşdirdi, lakin əvəzində Ermənistana hətta primitiv təhlükəsizlik zəmanəti vermədi.

Beləliklə, regional oyunçular – Rusiya, İran və Türkiyə oyunu öz əllərinə alırlar.

İlk iki ölkə bizim təbii müttəfiqimizdir, sonuncu isə bizim üçün təhlükədir.

Ona görə də anlamaq lazımdır ki, Moskva və Tehran Ermənistanın təhlükəsizlik sahəsində gələcəyinə zəmanət verəcək”, – Şarmazanov qeyd edib.

Xuraman Etibarlı

www.yenicag.az

167
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv