!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ermənistanın təmas xəttinə qüvvə yığmaqda əsas MƏQSƏDİ: "Azərbaycana qarşı hər hansı bir sanksiyanın qoyulması..." - HƏRBİ EKSPERT

!Reklam – Yazi

“Ermənistan Avropanın Azərbaycana sanksiya tətbiq etməsini istəyir”.

Bunu Azərbaycan Müdafiə Nazirliyindən Ermənistan silahlı qüvvələrinin Azərbaycan Ordusunun Daşkəsən istiqamətində şəxsi heyət və 4 ədəd artilleriya qurğusu cəmləşdirməsi ilə bağlı verilən xəbəri şərh edən ehtiyatda olan polkovnik-leytenant, hərbi ekspert Elxan Şıxəliyev Yenicag.az-a açıqlamasında deyib.

O, bildirib ki, təmas xəttinə qüvvə yığmaqla və atəşkəsi pozmaqla cəbhə xəttində gərginlik yaratmağa çalışırlar:

“Bu isə birbaşa olaraq Praqa görüşü və Makronun Qarabağda qoşun yığmaq açıqlaması ilə bağlıdır. Avropa Birliyində Azərbaycanı sülh istəməyən və atəşkəsin pozulmasında səbəbkar tərəf kimi göstərmək istəyirlər.

Ermənistan ərazisində Avropa İttifaqının 40 nəfərdən ibarət mülki missiyası 2 ay fəaliyyət göstərəcək. Təmas xəttində olan gərginliyə Azərbaycanın səbəb olması ilə bağlı protokollar tərtib edilməsi yönündə addımlar atılır. Həmin protokollar ilə gələcəkdə Azərbaycana qarşı hər hansı bir sanksiyanın qoyulmasına zəmin yaratmaq Ermənistanın əsas hədəfidir.

Daşkəsən istiqamətində artilleriya yığılması hər hansı hücum təhlükəsi üçün zəmin yaratmır. Onların 44 günlük müharibədən əvvəl və sonrakı dövrdə olan hərbi texnikalarına bələdik. Azərbaycan ordusu erməni hiyləgərliyinə qarşı ayıq-sayıq olmaldır.”

Nəsimi Ələsgərli

www.yenicag.az

762
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv