!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Ermənistanın təxribatı münasibətlərin normallaşması prosesini pozur" - ATƏT

!Reklam – Yazi

Ermənistan tərəfinin martın 5-də törətdiyi təxribat Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində həssas prosesi pozur.

Yenicag.az xəbər verir ki, bu barədə Azərbaycanın ATƏT-dəki Daimi Nümayəndəliyi qurumun Daimi Şurasının iclasının iştirakçılarına göndərdiyi məktubda deyilir.

“Ermənistanın 2023-cü il martın 5-də Azərbaycan ərazisində törətdiyi sonuncu hərbi təxribatı və iki ölkə sərhədində iriçaplı silahlardan atəş açmaqla vəziyyəti daha da gərginləşdirmək cəhdləri belə siyasətin daha bir nümunəsidir”, – bəyanatda qeyd edilib.

Məktubda vurğulanıb ki, bu təxribat 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatda nəzərdə tutulmuş Ermənistanın öz silahlı qüvvələrini Azərbaycan ərazilərindən çıxarması ilə bağlı müddəanı yerinə yetirməkdən imtina etməsinin növbəti sübutudur: “Ermənistan Azərbaycan ərazisində hərbi fəaliyyətini davam etdirir. Buraya qanunsuz olaraq hərbi gücün artırılması, qüvvələrin rotasiyası, silahların və şəxsi heyətin Azərbaycan ərazisinə keçirilməsi daxildir”.

Azərbaycan ATƏT ölkələrini Ermənistana Xankəndi-Laçın yolunda qeyri-qanuni hərbi fəaliyyətini və təbii sərvətlərin qaçaqmalçılığını dayandırmasının zəruriliyi barədə birbaşa və birmənalı siqnal göndərməyə çağırıb.

Xatırladaq ki, martın 5-də səhər saatlarında qeyri-qanuni erməni birləşmələrinin törətdikləri təxribat nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları Əlibəyli Şəhriyar Ramiz oğlu və Hüseynov Eşqin Cəmil oğlu şəhid olublar.

www.yenicag.az

281
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv