!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ermənistanın TƏXRİBATLARI: "Azərbaycanın xüsusi əməliyyat keçirməsi üçün vaxt yetişib"

!Reklam – Yazi

“Azərbaycanın xüsusi əməliyyat keçirməsi üçün vaxt yetişib”.

Bu fikiri atəşkəsin intensiv pozulması, müharibə ehtimalını dəyərləndirən Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Hərbi Polisinin keçmiş rəisi, ehtiyatda olan polkovnik, hərbi ekspert Rövşən Məhərrəmov Yenicag.az-a açıqlamasında səsləndirib.

Rövşən Məhərrəmov bildirib ki, atəşkəsin pozulması Qarabağa köçənlərə qarşı təxribatdır:

“Atəşkəs pozulması artıq intensiz hal alıb. Dövlət sərhədi istiqamətində və sülhməramlıların müvəqqəti yerləşdiyi ərazilərdən atəşkəs pozulur və təxribatlar törədilir. Azərbaycan Laçına artıq əhali köçürüb. Yaxın günlərdə isə Füzuliyə köç baş tutdu. Atəşkəsin pozulması Qarabağa köçənlərə təzyiq kimi də qiymətləndirilə bilər. Bu, Ermənistan tərəfindən törədilən ciddi təxribatdır.

Məsələ təkcə atəşkəs pozulması deyil, erməni tərəfi mühəndis istehkam işləri də görür. Bundan əlavə ərazilərin minalanma prosesi də gedir.

Artıq son günlər atıcı silahlardan yox, artileriyadan da istifadə olunur. Güman edirəm ki, Azərbaycan 10 noyabr bəyanatından irəli gələn məsələləri özü həll edəcək. Necə ki, BMT-nin 4 qətnaməsini özü yerinə yetirmişdi”.

Səxavət Məmməd

www.yenicag.az

640
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv