!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ermənistanın təxribatlarına partiya sədrindən REAKSİYA: "Azərbaycan ordusu qabağa getməlidir"

!Reklam – Yazi

“Ermənistan təxribatları o zamana qədər davam etdirəcək ki, status məsələsi gündəmə gəlsin”.

Bunu Ermənistan tərəfinin ordumuzun mövqelərini atəşə tutmasını və son baş verən prosesləri şərh edən Böyük Azərbaycan Partiyasının (BAP) sədri Elşad Musayev Yenicag.az-a açıqlamasında deyib

Elşad Musayev bildirib ki, erməni tərəfi yalnız güc dilindən anlayır, ona görə də Azərbaycan ordusu onları daim təzyiq altında saxlamalıdır:

“Delimitasiya komissiyası yaradılandan əvvəl də narahatlığımız bildirdik ki, Ermənistan verdiyi sözə əməl etmir. Başqalarından fərqli olaraq real vəziyyəti cəmiyyətə çatdırmağa çalışırıq.

Brüssel görüşündən sonra da ermənilər təxribatlarına davam edirlər. Erməni tərəfi açıq şəkildə etiraf edir ki, təkləniblər. Baydeni ittiham edirlər ki, niyə görə o, Azərbaycanı Avropanın qaz təhlükəsizliyinə töhvə verən ölkə kimi təqdim edir. Putini bir şeydə, Makronu başqa şeydə ittiham edirlər. Bununla həm də məsələlərini gündəmdə saxlamaq istəyirlər. Onlar çalışırlar ki, status məsələsi həll olunsun, delimitasiya məsələləri uzansın. Bunları həyata keçirmək üçün bir tərəfdən kütləvi aksiyalar keçirməklə gərginlik yaradırlar və bunu belə təqdim edirlər ki, aksiyalar dayanmamış Ermənistanla Azərbaycan arasında danışıqlar aparmaq, qərar vermək mümkünsüzdür. Erməni tərəfi bir yandan dünyaya, bir yandan isə Azərbaycana mesaj verir. Ermənistan siyasi dairələri Rusiyanın tapşırıqlarını yerinə yetirir. Məsələnin uzanması Paşinyana da sərf edir.

Ermənistan tərəfi təxribatlar törətməyə davam edir. Paşinyan qondarma quruma əlavə 40 milyon dollar büdcə vəsaiti ayırdı. Ayrılan pulla qondarma qurumun yerləşdiyi ərazilərdə evlər tikiləcək. Ermənistan cəmiyyəti təlaş içindədir. Bildirirlər ki, Azərbaycan ordusu Sünik ərazisinə doğru irəliləyir. Əslində, oralar bizim ərazilərimizdir. Erməni tərəfinin qorxduğu da odur. Hər dəfə bildirirəm ki, Azərbaycan ordusu bir addım qabağa getməlidir. İtirilmiş torpaqlarımızı geri qaytarmalıyıq”.

Səxavət Məmməd

www.yenicag.az

576
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv