!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ermənistanın yararlandığı “HƏRBİ GÜRCÜSTAN YOLU”: “O silahların çatdırılması üçün...”

!Reklam – Yazi

“Azərbaycan son illərdə yalnız İsrail, Rusiya, Türkiyə deyil, Fransanın özündən də ümumilikdə təqribən 3 milyard dollarlıq müasir silahlar alıb”.

Bu fikirləri Ermənistanın Fransadan aldığı silah və texnikanın Gürcüstan üzərindən daşınmasını şərh edən hərbi ekspert Tərlan Eyvazov Yenicag.az-a açıqlamasında deyib.Onun sözlərinə görə, Gürcüstan üzərindən Ermənistana silah daşınmasında problemli durum yoxdur:

“Ermənistan Fransadan “Mistral” hava hücumundan müdafiə sistemləri, “Thales GM 200- 3” raketləri, “Bastion” çoxməqsədli zirehli texnikasını alıb. “Bastion” çoxməqsədli zirehli texnikası Gürcüstan üzərindən Ermənistana yola salınıb. Ermənistanın aldığı silahlar hücum yox, müdafiə xarakterli olmaqla yanaşı, həm də köhnə sistemlərdir və ümumi dəyəri 100 milyon dollar civarındadır.

Azərbaycan son illərdə yalnız İsrail, Rusiya, Türkiyə deyil, Fransanın özündən də ümumilikdə təqribən 3 milyard dollarlıq müasir silahlar alıb. Bundan ajiotaj yaratmaq doğru deyil. Əgər silah alınırsa, onun logistikası da əvvəlcədən danışılır. Hindistandan alınan silahların hələ ki cəmi 20 faizi Ermənistana gətirilib. Çünki Rusiya o silahların Ermənistana çatdırılmasına maneə törədir.

Ermənistan Fransadan silah almağa başlayanda bildirmişdim ki, həmin sursatlar Gürcüstan üzərindən daşınacaq. Burada bir problem olduğunu düşünmürəm. Çünki Azərbaycanla Ermənistan arasında sülh sazişi hələ imzalanmasa da, müharibə vəziyyəti də deyil. O baxımdan, Gürcüstan o silahların Ermənistana çatdırılmasına etiraz etməz. Digər tərəfdən, Gürcüstan Fransanın əsas söz sahibi olduğu və yardım aldığı Avropa İttifaqına üzv olmaq istəyir.

Ona görə də, Fransadan alınan silahların Gürcüstan ərazisindən Ermənistana daşınmasında problem görmürəm və ictimaiyyətin bununla bağlı narahatlığına əsas olmadığını vurğulayıram. Əvvəlki illərdən fərqli olaraq, Rusiya Ermənistana artıq aşağı qiymətlərlə, sərfəli kredit şərtləri ilə silah vermir. Ermənistan da silah almaq üçün başqa ölkələrə üz tutur”.

Səxavət Məmməd

www.yenicag.az

355
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv