!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Ermənistanın yekun kaputilyasiya aktını imzalamasını gözləyiriksə..." - ŞƏRH

!Reklam – Yazi

“Ermənistanın yekun kaputilyasiya aktını imzalamasını gözləyiriksə, hərbi əməliyyatlar keçirilməlidir”.

Bu fikri Qarabağda Azərbaycanın atmalı olduğu addımları şərh edən Böyük Azərbaycan Partiyasının (BAP) sədri Elşad Musayev Yenicag.az-a açıqlamasında deyib.

Elşad Musayev bildirib ki, 1 əsgərimizə qarşı 50 erməni terrorçusu məhv edilməlidir:

“Ermənilər ambissiyalarından, iddialarından bir addım geri çəkilməyiblər. Sülh yolu ilə prosesin həllinə o halda ümid edə bilərək ki, ermənilərin sahədə məğlubiyyəti üçün Azərbaycan ciddi addımlar atıb. Bu hələlik yoxdur. Erməniləri də müdafiə edən ciddi ölkələr var. 30 ildən çoxdur ki, onlar söz oynatmağa öyrəşiblər. Ötən il hamıdan fəqli olaraq dedim ki, sülh müqaviləsi imzalanmayacaq. İndi də gözlənilmir. Məsələnin həlli antiterror əməliyyatından keçir. Başqa variant yoxdur.

Sülhə gəlmələri üçün Azərbaycan hərbi əməliyyatlar keçirməlidir. Bunun üçün də vaxtı düzgün seçmək lazımdır. İndiki halda Azərbaycanın üzərinə basqı var. Fransa başda olmaqla, Avropa İttifaqından Azərbaycana təzyiq var. Bundan əlavə, Rusiya, İran, ABŞ də Azərbaycana basqı edir. Belə olan halda müttəfiqimiz qardaş Türkiyənin başı qarışıqdır. Bir tərəfdən zəlzələnin nəticələri aradan qaldırılmalıdır, digər tərəfdən də Türkiyə seçki ərəfəsindədir. Bizi təxribata çəkmək istəyirlər. Bu cür təxribatlar olacaq. Bu mərhələni rahat, təmkinlə keçməliyik. Lakin qərarımızı tələsik verməməliyik. Qarşı tərəfdən hansısa təxribat olacaqsa, heç nəyə baxmadan mütləq cavabı verilməlidir. Onlar bizim sərt üzümüzü görməlidirlər”.

Səxavət Məmməd

www.yenicag.az

283
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv