!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ermənistanın zabitləri orduya çağırışının SƏBƏBİ: “Güc strukturlarımız bu faktı nəzərə almalıdır” - Hərbi ekspert

!Reklam – Yazi

“Həmin zabitlər “Vətən” müharibəsi zamanı mövqeyini qoyub İrəvana çəkilən hərbi qulluqçulardır”.

Bunu Ermənistanda ehtiyatda olan zabitlərin orduya çağırılmasına münasibət bildirən hərbi ekspert Ədalət Verdiyev Yenicag.az-a açıqlamasında deyib.

O, bildirib ki, bu planlı yaxud plandan kənar tədbir ola bilər:

“Ermənistan ordusundan ehtiyata buraxılan zabitlərin yenidən toplanışa cəlb edilməsi ilk deyil. İstənilən halda bu, Ermənistan ordusunda mövcud olan çox sayda vakant vəzifənin komplektləşdirilməsi məqsədi ilə həyata keçirilir.

Toplanışa cəlb olunan heyətin böyük hissəsi daha əvvəl Ermənistan ordusunda xidmət edib. Bəziləri isə “Vətən” müharibəsi zamanı mövqeyini qoyub İrəvana çəkilən hərbi qulluqçulardır. Həmin hərbi qulluqçuların toplanışa cəlb edilməsi Azərbaycan-Ermənistan arasında güc balansını dəyişə bilməz.

Erməni fərari ordu sıralarında revanş barədə səslənən bəyanatlar fonunda toplanışın keçirilməsi Ermənistanın Azərbaycana qarşı fəaliyyətindən xəbər verir. Aidiyyatı güc strukturlarımız bu faktları nəzərə alıb, müvafiq tədbirləri vaxtında həyata keçirməlidir”.

Nəsimi Ələsgərli

www.yenicag.az

540
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv