!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Ermənistanla Azərbaycan arasında birbaşa danışıqlar ola bilər" - Simonyan

!Reklam – Yazi

“Ermənistanla Azərbaycanın birbaşa danışıqlarını istisna etmirəm”.

Yenicag.az xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan deyib. O, sülh sazişinin bağlanması üçün İrəvanla Bakı arasında birbaşa danışıqların aparılacağını istisna etmir.

“Sülh sazişinə gəlincə, Ermənistan və Azərbaycan üzərində təsir rıçaqlarına sahib olmaq istəyən tərəflər var. Əlbəttə ki, bu rıçaqları təmin etmək üçün onlar yaxşı vasitəçi olmaq istəyəcəklər.

Ermənistan və Azərbaycan başqalarının böyük oyunlarında alver predmeti olmamaq üçün öz məsələlərini həll edə bilərlər və etməlidirlər. Mən birbaşa danışıqların ola biləcəyini istisna etmirəm”, – Simonyan bildirib.

Eyni zamanda o qeyd edib ki, “prosesin beynəlxalq qeydə alınması da vacibdir”.

Xuraman Etibarlı

www.yenicag.az

161
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv