!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi bağlansa, Rusiya ordusu..." - Politoloq ŞƏRHİ

!Reklam – Yazi

“Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi bağlansa, Rusiya ordusunun orada qalmasının heç bir mənası yoxdur”.

Bu sözləri Azərbaycan tərəfinin Ermənistanla sərhəddə nəzarət-buraxılış məntəqəsi qurmasından sonra Rusiyanın buna hələ də etiraz etməsini şərh edən politoloq Yusif Bağırzadə Yenicag.az-a açıqlamasında deyib.

Yusif Bağırzadə bildirib ki, Rusiya bölgədə gərginliyin qalmasını istəyir:

“2020-ci ilin 10 noyabrında üçtərəfli bəyanat imzalanmışdı. Rusiya bəyanatdan doğan məsələlərə görə öhdəlik götürmüşdü. Ermənistan öhdəliklərin bir hissəsini yerinə yetirsə də, çox hissəsini yerinə yetirməyib. Sülhməramlıların yerləşməsi ilə paralel erməni separatçıları əraziləri tərk etməli idi. Rusiya erməni tərəfinin öhdəliklərini yerinə yetirməməsinə göz yumdu.

Rusiya təkcə separatçılara göz yummadı, həm də onlara dəstək vermək istəyənləri bölgəyə buraxdı. Daha sonra Rusiya bölgəyə imhisarı olan Ruben Vardanyanı göndərdi. Rusiya çalışacaq ki, bölgədə vəziyyət gərgin qalsın. Belə olan halda sülhməramlı kontingentin qalma ehtimalı da artacaq. Ermənistan isə Rusiyadan canını qurtarmağın axtarışındadır.

Rusiya öhdəliyini yerinə yetirilməlidir. Dəhlizlə bağlı anlaşma da yerinə yetirilməlidir.

Hesab edirəm ki, separatçılar tam şəkildə Qarabağdan çıxarılacaq. Azərbaycan dediyinin üstündə duracaq və axıra kimi də yerində qalacaq”.

Səxavət Məmməd

www.yenicag.az

551
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv