!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ərsin Tatar: “Bir millət, üç dövlət olaraq, işləyəcəyik” - FOTOLAR

!Reklam – Yazi

Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) prezidenti Azərbaycana səfərinin nəticələrini dəyərləndirib.

Yenicag.az xəbər verir ki, Bakıda səfərdə olan ŞKTC prezidenti Ərsin Tatar Azərbaycan prezidenti İlham Əliyevlə görüşün ardınca mətbuat konfransı keçirir.

ŞKTC prezidenti çıxışında Azərbaycanla Şimali Kipr arasında tarixi əlaqələrdən bəhs edərək, münasibətlərin daha da dərinləşdirilməsi üçün imkanların xeyli genişləndiyini deyib.

Ərsin Tatar Azərbaycanla ŞKTC arasında xüsusilə, turizm, mədəniyyət və təhsil sahəsində əməkdaşlığın dərinləşdirilməsi üçün böyük potensialın olduğunu qeyd edib.

O, vurğuladığı sferalarda Azərbaycan, Türkiyə və ŞKTC arasında üçlü əməkdaşlığın vacibliyini önə çəkərək, “həmin sahələrdə bir millət, üç dövlət olaraq, işləyəcəyik”, – deyib.

ŞKTC prezidenti ölkəsinin mövcud beynəlxalq vəziyyətini nəzərdə tutaraq, Azərbaycan və Türkiyənin həssaslığını digər türk dövlətlrəindən də görmək istədiyini bildirib.

Ərsin Tatar bildirib ki, ölkələrimizin müstəqilliyinin qazanılmasında bu yolda qurban gedən şəhidlərə və qazilərə borcluyuq. O, ərazilərimizin işğaldan azad edilməsində misilsiz qəhrəmanlıqlar göstərən Azərbaycan Ordusuna təşəkkür edib.
ŞKTC prezidenti Azərbaycana bu səfərinin ölkəsinin tarixində çox mühüm əhəmiyyət daşıdığını bildirib.

Ərsin Tatar Azərbaycan prezidenti İlham Əliyevi Şimali Kiprə səfərə dəvət etdiyini də diqqətə çatdırıb.

Onun sözlərinə görə, İlham Əliyev Azərbaycan Şimali Kiprin turizm potensialının tanıdılması üçün xüsusi sərgi keçirilməsinin vacibliyini deyib. ŞKTC prezidenti Azərbaycan lideri ilə ölkələr arasında birbaşa uçuşların təşkili ilə bağlı müzakirələrin aparıldığını söyləyib.

Qeyd edək ki, Bakıda səfərdə olan ŞKTC prezidenti Ərsin Tatar üçün Azərbaycanın dövlət protokol qaydaları tətbiq olunub.

 

 

www.yenicag.az

482
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv