!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ersin Tatar Fuad Oktayla görüşdü

!Reklam – Yazi

Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) prezidenti Ersin Tatar Türkiyənin Vitse-prezidenti Fuad Oktayın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Yenicag.az xəbər verir ki, görüşdən sonra Ersin Tatar və Fuad Oktay mətbuata birgə bəyanatla çıxış ediblər.

Prezident Adminstrasiyasında keçirilən görüşdə Ersin Tatar KKTC-nin inkişafına çalışdıqlarını söyləyib.

“Əlbəttə, bunları həyata keçirmək üçün təcrübə və biliyə ehtiyacımız var. Bunların hamısı Türkiyə Cümhuriyyətində var. Bunların təfərrüatlarını dünən müzakirə etdik və komandalarımız hazırda bu layihələr üzərində işləyirlər ”,-deyə Ersin Tatar bildirib.

Ersin Tatar kiprli türklərin bu torpaqda çox çətinliklər yaşadığını, ancaq 1974-cü ildə Türkiyənin zəmanət hüququndan istifadə edərək, haqlı müdaxiləsindən sonra Kipr türklərinini müstəqilliyinə qovuşduğunu və azadlığını təkrar qazandığını, KKTC-nin dövlət olmağın bütün nemətlərinə sahib olduğunu söyləyib.

www.yenicag.az

408
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv