!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Ərzaq bahalaşacaq, aclıq olacaq” - Ərdoğan

!Reklam – Yazi

“Taxıl müqaviləsi”nin pozulması ərzağın bahalaşmasına, eləcə də bəzi regionlarda yeni aclıq və miqrasiya dalğalarına səbəb olacaq”.

Yenicag.az “Hürriyet”ə istinadla xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şimali Kipr Türk Respublikasına səfərdən qayıdarkən jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Rusiya ilə münasibətlər normaldır və həm Xarici İşlər Nazirliyi, həm də MİT səviyyəsində danışıqlar davam edir.

“Bu danışıqların nəticəsi olaraq yaxın vaxtlarda Putinlə bu məsələni müzakirə edəcəyik, Rusiyanın da müəyyən gözləntiləri var.

Düşünürəm ki, bu məsələni cənab Putinlə ətraflı müzakirə etməklə biz bu humanitar hərəkatın davamını təmin edəcəyik”, – deyə Ərdoğan əlavə edib.

Qeyd edək ki, son vaxtlar Ankaranın Qərbə istiqamətlənməsi, İsveçin NATO-ya üzvlüyünü təsdiqləməsi, “Azov№ komandirləri və əsgərlərinin azad edilməsi, həmçinin, “Taxıl müqaviləsi”nin dayandırılması ilə bağlı Rusiya-Türkiyə münasibətləri pisləşib.

 

www.yenicag.az

164
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv