!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ərzaq böhranı QAPIDA: "Azərbaycanın kənd təsərrüfatı siyasəti..." - RƏY

!Reklam – Yazi

“Adı olub, özü olmayan Operativ Qərargah və Nazirlər Kabineti problemlərin hamısını gözardı edir. Quru sərhədlərini hələ də səbəbsiz yerə bağlı saxlayır, vəziyyəti daha da acınacaqlı hala salır”.

Bunu prezident İlham Əliyevin Qlobal Bakı Forumunda səsləndiridyi “böhran qaçılmazdır və artıq yaxındadır” fikirlərinə münasibət bildirən sabiq deputat, iqtisadçı Nazim Bəydəmirli Yenicag.az-a açıqlamasında deyib.

Nazim Bəydəmirlinin sözlərinə görə, böhranın əsas göstəricisi qiymət artımlarıdır:

“Ciddi aclıq olmayacaq. Ərzaq problemi indi daha çox bahalaşma ilə bağlıdır. Çox təəssüf edirəm ki, Azərbaycan hökuməti bizim tövsiyələrimizə zidd olaraq Rusiya ilə uzun illərdir iqtisadi münasibətlərini daha da dərinləşdirib və idxaldan asılılığımızı o vəziyyətə gətirib ki, müxtəlif ərzaq məhsullarında Rusiyadan asılı vəziyyətdəyik.

Azərbaycanın kənd təsərrüfatı və ərzaq siyasəti, demək olar ki, iflasa uğrayıb. Azərbaycanda daha texniki bitkilərin inkişafına ərazilərin ayrılması, pambıqçılıqla bağlı PR kampaniyaların aparılması heyvandarlıq sahəsində çalışan bir çox sahibkarları bu sahədən uzaqlaşdırdı. Kəndlərdə pay torpaqlarının istifadəsi çox aşağı səviyyədədir. Bunun da obyektiv səbəbləri var. Uzun müddət regionların tarazlı inkişaf etdirilməməsi, kommunal xidmətlərin əlçatan olmaması, eyni zamanda, Qarabağın işğalda olması problemi daha da dərinləşdirirdi.

Qarabağın işğaldan azad olmasına baxmayaraq, orada yerli əhalinin pay torpaqlarına çıxışı həll olunmayıb. Aqroferma sahibləri də bu sahədən çox uzaq olduqlarına, bilmədiklərinə görə proseslərə əyləncə kimi baxırlar. Bütün bunların hamısı gətirib bu acınacaqlı vəziyyətə çıxarıb. Quru yolların bağlı olması da sərhədyanı ərazilərdəki ticarəti əngəlləyib. Sərhəd bölgəsində əraq problemi yaşanır.

Çox təəssüf edirəm ki, adı olub, özü olmayan Operativ Qərargah və Nazirlər Kabineti bunların hamısını gözardı edir. Quru sərhədlərini hələ də səbəbsiz yerə bağlı saxlayır. Vəziyyəti daha da acınacaqlı hala salır. Düşünürəm ki, dövlət başçısı da bu acınacaqlı vəziyyəti nəzərdə tutur”.

Səxavət Məmməd

www.yenicag.az

567
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv