!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ərzaq çatışmazlığı qapıda: Milyardlar tələb olunur - HESABAT

!Reklam – Yazi

Beynəlxalq Valyuta Fondu (BVF) ərzaq böhranı səbəbindən xərclərin artdığını və idxal xərclərinin 2022 və 2023-cü illərdə 9 milyard dollar arta biləcəyini açıqlayıb.

Yenicag.az “Sözcü”yə istinadən bildirir ki, bu barədə “Qlobal Ərzaq Böhranı ilə Mübarizə: Təsir, Siyasət Reaksiyaları və BVF-nin Rolu” adlı hesabatda məlumat verilib.

Hesabatda vurğulanıb ki, dünya ərzaq böhranı ilə üz-üzədir və böyük qiymət şokları ərzaq təhlükəsizliyini gücləndirir. Münaqişə, iqlim sarsıntıları və COVID-19 pandemiyasının təsiri də daxil olmaqla, bir çox amilin ərzaq təhlükəsizliyinə təsir göstərdiyi bildirilən hesabatda 2018-ci ildən etibarən Rusiyanın Ukraynada başlatdığı müharibənin əsas ərzaq məhsulları və gübrələrin beynəlxalq qiymətlərinə təzyiqlərini gücləndirdiyi vurğulanıb.

Hazırda dünya 2007-2008-ci illər böhranına bərabər bir böhran içərisindədir və bu böhran bir çox ölkəni ciddi ərzaq qıtlığı, böyük iztirablar, ölümlərlə üz-üzə qoyub. Hesabatda böhranın ən çox Ukrayna və Rusiyadan idxaldan asılı olan 48, əsasən, aşağı gəlirli ölkələrdə olduğu bildirilir.

Hesabatda 2022-ci ildə kəskin ərzaq çatışmazlığının aradan qaldırılması üçün təxminən 50 milyard dollara ehtiyac olduğu və bu rəqəmin uzunmüddətli perspektivdə arta biləcəyi qeyd edilib.

Gülşən

www.yenicag.az

601
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv