!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Əsas ərzaq malları üzrə idxalın çox olması bahalaşmanı gücləndirir” – Millət vəkili

!Reklam – Yazi

Azərbaycan əsas ərzaq məhsullarına olan tələbatının önəmli hissəsini idxal hesabına ödəyir. Bunun nəticəsidir ki, əsas ərzaq məhsulları üzrə idxalın həcmi ixracdan çoxdur.

Yenicag.az xəbər verir ki, millət vəkili, iqtisadçı Vüqar Bayramov əsas ərzaq malları üzrə idxalın ixracdan çox olmasının ölkəmizdə inflyasiyaya artırıcı təsir etdiyini bildirib.

Onun sözlərinə görə bu səbəbdən idxal inflyasiyasının qiymət artımlarına təsiri daha güclü olur:

“Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən il diri heyvanlar və heyvan mənşəli məhsullar üzrə idxalımız 386 milyon 957 min dollar olduğu halda ixracatımız 24 milyon 549 min dollar olub. Yəni, ət məhsulları üzrə idxal ixracatı 16 dəfə üstələyib.

Bitki mənşəli məhsullar üzrə idxalımız 968 milyon 758 min dollar, ixracatımız isə 695 milyon 75 min dollar olub. Bitki mənşəli məhsullar üzrə də idxalın 40 faizlik üstünlüyü var.
Ətraflı

Hazır qida məhsulları, alkoqollu və alkoqolsuz içkilər, sirkə və tütün, onun əvəzediciləri məhsullar üzrə idxalımız ötən il daha çox olub. Belə ki, 2022-ci ildə Azərbaycan bu kateqoriya üzrə 1 milyard 38 milyon dollar dəyərində məhsul idxal edib və 162 milyon 180 min dollarlıq ixrac reallaşdırıb. Göründüyü kimi, bu vacib mal qrupu üzrə də idxal yüksəkdir”.

V.Bayramov hesab edir ki, dünya və eləcə də regional ərzaq bazarlarındakı qiymət dəyişkənliyini və bir sıra məhsullar üzrə qlobal ərzaq qıtlığını nəzərə alsaq, idxalın minimumlaşdırılması daha vacib məsələdir:

“2022-2026-cı illəri əhatə edən İnkişaf Strategiyasında da yerli istehsalın dəstəklənməsi və ərzaq təhlükəsizliyi əsas milli prioritetlər sırasındadır. Bu idxal inflyasiyasının təsirlərinin minimumlaşdırılması və istehlak bazarında qiymətlərin optimallaşdırılması baxımdan da vacibdir”.

www.yenicag.az

276
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv