!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Əsəbiləşən kişi 5 qonşusunu güllələyib öldürdü

!Reklam – Yazi

Aprelin 28-də ABŞ-nin Texas ştatında bir evdə 9 yaşlı uşaq da daxil olmaqla 5 nəfərin qətlə yetirildiyi hadisənin şübhəlisi Fransisko Oropesa qohumunun evində gizlənərkən yaxalanıb.

Yenicag.az BAKU.WS-ə istinadən xəbər verir ki, yerli polis məmurları şübhəli Fransisko Oropesanın, Montqomeri bölgəsindəki bir qohumunun evində saxlandığını açıqlayıb.

Əyalətin baş prokuroru Todd Dillon isə bildirib ki, Oropesa ilə eyni evdə olan sevgilisi Divimara Nava və hadisədə ona köməklik edən dostu cinayətə kömək etdiyinə görə saxlanılıb.

Xatırladaq ki, aprelin 28-də Texas ştatının Klivlend şəhərində evdə baş verən silahlı hücumda 5 nəfər həlak olub.

Məlumata görə, həmin gün Oropesa bağçada AR-15 tüfəngi ilə nişan alma məşqi edirmiş. Bu zaman qonşusu ona yeni doğulan körpənin yata bilmədiyini bildirib və atəşi dayandırmasını tələb edib. Daha sonra qonşular arasında mübahisə yaranıb və Oropesa qonşu evə basqın edib.

Daha əvvəl, 4 dəfə deportasiya edildiyi ortaya çıxan Meksikaəsilli Oropesanın evdəki 10 nəfər ailə üzvündən 5-ni qətlə yetirib.

 

www.yenicag.az

193
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv