!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Əsgərimizi yaralayan ermənilər həbs oluna bilər

!Reklam – Yazi

Fevralın 12-də Azərbaycanla Ermənistan arasındakı şərti sərhəddin Zəngilan rayonu istiqamətində atəşkəsi pozaraq hərbçimizi yaralamaqda əli olan şəxslər həbs oluna bilər.

Yenicag.az xəbər verir ki, bu barədə Ermənistan Hərbi Polisi məlumat yayıb.

Qeyd olunub ki, Ermənistan Müdafiə Nazirliyi təxribat zamanı Azərbaycan tərəfinin qeydə alaraq yaydığı görüntüləri şərh edə bilməyib.

“Fevralın 12-də Ermənistan-Azərbaycan dövlət sərhədinin Qafan-Zəngilan bölməsində erməni mühafizəçilərinin atəş açması ilə bağlı Azərbaycan mətbuatında yayılan məlumat araşdırılır. İlkin məlumata görə, fevralın 12-də bu ərazidə yuxarı komandanlığın hərbi qulluqçunun atəş açması barədə yazılı əmri olmayıb. Bu hal təsdiq olunarsa, əmri pozmaqda təqsirli olan şəxslər məsuliyyətə cəlb olunacaqlar”, – məlumatda deyilir.

Xatırladaq ki, fevralın 12-də Ermənistan Silahlı Qüvvələrinin Qafan rayonunun Nerkin-And yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeyindən Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Zəngilan rayonunun Kolluqışlaq kəndi ərazisində yerləşən mövqeyinə atəş açılıb. Təxribat nəticəsində Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu əsgər Xəlilzadə Pərviz Ağakişi oğlu yaralanıb.

 

www.yenicag.az

118
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv