!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Əsgərlər timsahların hücumuna məruz qaldılar

!Reklam – Yazi

Avstraliya Federal İşçilərin Təzminatı Agentliyi və Təhlükəsizlik Tənzimləyicisi Komkeye 2021-ci ildə iki avstraliyalı əsgərə timsahın hücumuna görə Avstraliya Müdafiə Nazirliyini günahlandırdı.

Yenicag.az dünya mediasına istinadən xəbər verir ki, Komkeye əsgərlərin timsahların hücumuna məruz qalması hadisəsində təqsirli bildiyi Müdafiə Nazirliyini “işçilərini düzgün şəkildə təlim keçə bilməmək və təhlükəsiz iş mühitini təmin etməməkdə” günahlandırıb.

Belə ki, 6 avqust 2021-ci ildə 2 avstraliyalı əsgər Kvinslend ştatında balıq tutarkən təxminən 2,5 metr uzunluğunda timsahın hücumuna məruz qalıb. Əsgərlərdən biri bədənindən ağır xəsarətlər alıb, digərinin isə qolu kəsilib.

Araşdırma nəticəsində bəlli olub ki, Avstraliya Müdafiə Nazirliyinin federal əməyin mühafizəsi və təhlükəsizliyi qanunlarını pozduğu iddia edilib. Hadisəyə görə məsuliyyət daşıyan Müdafiə Nazirliyinin 1,5 milyon Avstraliya dolları həcmində cərimələcəyi gözlənilir.

www.yenicag.az

477
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv