!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

“Eşidəndə şoka düşürəm” - Dilarəni “toy bazarı”ndan kimlər sıxışdırır? - Özü AÇIQLADI

!Reklam – Yazi

“Mənə qarşı olan bu hərəkəti bütün janrlarda oxuyan müğənnilər edir”.

Yenicag.az xəbər verir ki, bunu müğənni Dilarə Kazımova “Gül kimi şou” da deyib.

Sənətçi həmkarları tərəfindən “vurulduğunu” və nəticədə maddi gəlirdən məhrum qaldığını bildirib:

“Harasa dəvət etmək üçün mənim barəmdə kimdənsə soruşanda, o adamlar yalandan yüksək qiymət deyirlər. Hətta elə məbləğ dediklərini eşidirəm ki, özüm şoka düşürəm.

Bunu eşidənlər isə deyirlər yox, o qədər pulumuz yoxdur ona verək. Buna görə də imtina edirlər. Əvəzində başqa sənətçiyə üz tuturlar. İndi elə şeylər var, məni də müəyyən tədbirlərdən, toylardan “vurublar”.

Mənə qarşı olan bu hərəkəti bütün janrlarda oxuyan müğənnilər edir. Mən hər janrda oxuyuram. Bütöv toy oxumuram, çünki çox çətindir, həm də mənim elə geniş repertuarım da yoxdur”.

Nehru

www.yenicag.az

769
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv