!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Əsir Aqşin Bəbirov Ermənistandan anasına videozəng etdi - VİDEO

!Reklam – Yazi

Ermənistanda əsir saxlanılan Azərbaycan Ordusunun əsgəri Bəbirov Aqşin Qabil oğlu ailəsi ilə əlaqə saxlayıb.

Yenicag.az xəbər verir ki, videozəng Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə baş tutub.

Telefon danışığı zamanı A.Bəbirov yaxşı olduğunu deyib.

“Hər şey qaydasındadır. Gələcəyəm. Ana, sən ağlasan, mən burada narahat oluram. Mən yaxşıyam, narahat olmayın”, – deyə əsir hərbçimiz bildirib.

Anası isə əsgərimizə cavabında “Prezidentimiz çox güclüdür, səni mütləq azad edəcək”, – deyib.

Xatırladaq ki, Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhədboyu ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən Azərbaycan ordusunun itkin düşmüş əsgərləri – 2004-cü il təvəllüdlü Bəbirov Aqşin və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Ermənistan tərəfindən əsir götürülüb.

Aqşin Bəbirov və Hüseyn Axundov “Ermənistanın dövlət sərhədini qanunsuz keçməkdə, odlu silah və döyüş sursatı daşımaqda” ittiham olunurlar, onlar həbs edilib. Qondarma məhkəmə prosesində Aqşin Bəbirova 11, il 6 ay, Hüseyn Axundova isə 20 il müddətinə həbs cəzası verilib.

www.yenicag.az

202
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv