!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Əsir düşən hərbçilərimiz: "Nazirlik açıqlama verməlidir ki..." - Polkovnik-leytenant

!Reklam – Yazi

“Əsirlərin dəyişdirilməsi ilə bağlı proses normallaşır, sadəcə Azərbaycan tərəfinin cəmiyyəti məlumatlandırması problem olaraq qalır”.

Bu sözləri Ermənistan tərəfinə əsir düşmüş iki hərçinin geri qaytarılması və proses zamanı informasiya təminatının kifayətsizliyinə münasibət bildirən ehtiyatda olan polkovnik-leytenant, hərbi ekspert Elxan Şıxəliyev Yenicag.az-a açıqlamasında səsləndirib.

Elxan Şıxəliyev iki hərbçinin əsir düşməsini belə şərh edib:

“Konflikt zonasında, xüsusən də sərhəd bölgəmizdə hələlik demarkasiya başa çatmayıb. Əslində, ərazini iki hissəyə bölməliyik. Birincisi, Ermənistanla sərhəd olacaq ərazilərimiz, ikincisi isə Qarabağın Rusiya sülhməramlıları tərəfindən nəzarət etdiyi ərazi. Bu iki istiqamətdə də bu və ya digər faktlar olacaq. Əsgərlər, adətən, gecə vaxtları və yaxud hava dumanlı olanda aza bilərlər. Düşmən tərəfə keçmə də iki halda olur. Birincisi, azaraq, ikincisi isə könüllü şəkildə. İki hərbçinin düşmən əlinə keçməsi, çox güman ki, azma məsələsidir. Bu proses olanda indi deyəcəyim hallar yaşanır.

İki hərbçi düşmən tərəfin əlinə keçəndə ilk növbədə hərbi hissədə hərbçilər hərbi hissəni özbaşına tərk etmiş kimi göstərilməlidirlər. İlkin mərhələdə hərbçilərin aqibəti bilinmədiyi üçün hərbi hissəni özbaşına tərk etmə kimi qeyd olunur. Hadisə baş verəndə hərbi hissə komandiri məruzə edir ki, iki hərbçi yerində yoxdur. Ola bilsin, həmin an üçün bizimkilər bilməyib ki, hərbçilər düşmən tərəfdədirlər. Çünki əsgər yerində olmayanda birinci ağıla gələn fərarilik olur. Düşmən tərəf bir müddət bunu bildirməyə bilər. Ancaq erməni tərəfi iki əsgərimizin əsir düşdüyünü paylaşmışdı. Azərbaycan Müdafiə Nazirliyi bu müddət ərazində ictimaiyəti məlumatlandırmadığı üçün cəmiyyətdə narahatlıq yaradırdı. Bu məlumatı niyə vermədiklərini özləri açıqlamalıdırlar. Müdafiə Nazirliyinin mətbuatı xidməti açıqlama verə bilərdi ki, əsirlərimizə xəta yetirilməməsi, onlara qarşı şiddət göstərilməməsi üçün bu addımı atıblar. Müxtəlif səbəb uydura bilərlər. Nazirlik açıqlama verməlidir ki, əsgərlərimizin 3 gün müddətdə erməni əsirləyində olmasının məlumatının verilməməsinin səbəbi budur. Adətən, əsirlər olanda Qırmızı Xaç Komitəsi dövriyəyə girir. Əsirlər qeydiyyata alınır, daha sonra dəyişmə və təhvilvermə baş verir. Konflikt zonasında Rusiyanın sülhməramlıları olduğu üçün bu işləri onlar koordinasiya edirlər. Qarabağ ərazisində sülhməramlıların cavabdehliyi kimdədirsə, sərhəddə baş verənlər də onun üzərinə qoyulub. Əsirlərin dəyişdirilməsində Rusiyanın Cənub Hərbi Dairəsinin komandan müavini olduğu üçün iki dövlət arasındakı siyasi məsələlər də ona həvalə olunub. Hərbçilər itkin düşəndə, əsir düşəndə o da itirak edir və buna o cavabdehdir”.

Hərbi ekspert bildirib ki, əsir məsələsi artıq sistemləşdirilib:

“Əgər Ermənistan tərəfdən Azərbaycana, Azərbaycandan Ermənistana bu və ya digər səbəbdən keçən hərbçi hər hansısa bir terror hadisəsi törətməyəcəksə, onlar dərhal dəyişdiriləcəklər və ya təhvil veriləcəklər. Bürsseldə də hərbi əsirlərin qaytarılması yönündə bir anlaşma oldu. Prezident İlham Əliyev ölkəyə qayıdandan sonra 10 erməni əsirinin təhvil verilməsini qərarlaşdırdı. Bu məsələ artıq normallaşır. Bunun içərisində normallaşmayan bir məsələ qaldı – məlumatlandırma. Məlumatlandırma gecikir, yubanır. Bu iş sadəcə olaraq jurnalistlərin üstündə qalır”.

Səxavət Məmməd

www.yenicag.az

604
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv