!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Əsirlikdən azad olunacaq hərbçilərimiz: Hüseynə dünən ömürlük cəza verilmişdi

!Reklam – Yazi

Xəbər verdiyimiz kimi, Azərbaycan ilə Ermənistan arasında hərbçilərin qarşılıqlı surətdə azad edilməsi barədə razılıq əldə olunub.

Yenicag.az xəbər verir ki, Azərbaycan tərəfindən erməni əsilli 32 şəxsin, Ermənistan tərəfindən isə 2 Azərbaycan hərbçisinin azad edilməsi barədə razılıq əldə edilib.

Hazırda Ermənistanın əsir kimi saxladığı azərbaycanlı hərbçilərin isə Bəbirov Aqşinlə Axundov Hüseyn olduğu heç kimə sirr deyil.

Hər iki hərbçimiz bu ilin aprel ayında Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhədboyu ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən Azərbaycan ordusunun itkin düşüb. Onlar daha sonra Ermənistan tərəfindən əsir götürülüb və hərbçilərimizə qarşı saxta ittihamlar irəli sürülüb.

Hüseyn Axundov dünən ömürlük həbs cəzasına məhkum edilmişdi.

www.yenicag.az

226
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv