!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

“Əsl kişilik göstərdik” – Murad Musayev

!Reklam – Yazi

“Sabah”ın baş məşqçisi Murad Musayev Bakıda Latviyanın RFŞ komandasına 2:1 hesabı ilə qalib gəldikləri UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin cavab oyununu şərh edib.

Yenicag.az xəbər verir ki, o, 2:1 hesabıyla qalib gəldikləri matçdan (ilk oyun 2:0) sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Əla nəticə qazandıq. Güclü rəqibə qarşı yaxşı oynadıq, əsl kişilik göstərdik. Nəticəyə görə sevinirəm. Bir az həyəcan var idi. Bu da evdə ilk avrokubok oyunu olması ilə bağlıdır. Çox vaxtımız yoxdur. İki gün sonra “Qəbələ” ilə matçımız var. Mövsümə yaxşı başladıq”.

O, rəqibin heyətində səviyyəli oyunçular olduğunu bildirib: “İkinci hissədə riskə getdilər. Bir neçə qol imkanından yararlana bilmədik. Top buraxsaq da, geridönüş edə bildik. Rəqibin azlıqda qalması bizə problem yaratmadı. Oyun nəzarətimizdə idi. RFŞ-nin çox qol fürsəti olmadı”.

Matçda sonra RFŞ-nin baş məşqçisi Viktor Moroz “Sabah”ın meydana hesabı qorumaq üçün çıxdığını iddia edib. 40 yaşlı çalışdırıcı həmkarının fikirləri ilə razılaşmayıb: “Hədəfimiz hər zaman hücum futbolu oynamaqdır. Hesabı qorumağa çalışsaydıq, səhv olardı. Ötən mövsüm də ən az qol buraxan komandalardan idik”.

40 yaşlı baş məşqçi yeni transferlər Vensan Tillə Jarl Marqaritanın komandaya tam uyğunlaşmadığını etiraf edib: “Till bizə uyğun olan futbolçudur. Bu gün cinah hücumçusu kimi çıxış etdi. Qol imkanlarından istifadə edə bilmədi. Marqarita da hələ tam uyğunlaşmayıb”.

Musayev 3-cü təsnifat mərhələsindəki rəqibləri olan Serbiya “Partizan”ı barədə fikir bildirməyin erkən olduğunu vurğulayıb: “İndi nəsə deyə bilmərəm. Hələ oyunlarına baxmamışam. Mərhələ adlamağa çalışacağıq”./Qafqazinfo/

www.yenicag.az

289
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv