!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Əsrə bərabər 44 gün" - FOTOLAR

!Reklam – Yazi

Ceyranbatan qəsəbə 1 saylı tam orta məktəbində Zəfər Günü münasibətilə tədbir keçirilib.

Yenicag.az xəbər verir ki, Ceyranbatan qəsəbə 1 saylı tam orta məktəbində “Əsrə bərabər 44 gün – Zəfər Günü” adlı tədbir keçirilib. Tədbir məktəbin həyətində “Azadlıq” marşının ifası və şagirdlərin hərbi geyimdə nümayiş etdirdikləri kompozisiya ilə başlayıb. Daha sonra məktəbin akt zalında şagirdlərin “Azadlıq” marşının müəllifi, Əməkdar jurnalist, şair Elçin Mirzəbəylinin şeirləri, milli marşlar və Azərbaycan Ordusunun Zəfərini vəsf edən mahnılar əsasında hazırladıqları ədəbi-bədii kompozisiya nümayiş etdirilib. Məktəbin dil-ədəbiyyat müəllimi Zülfiyyə Əhmədocanın ssenarisi əsasında hazırlanmış kompozisiya tədbir iştirakçıları və qonaqlar tərəfindən maraqla qarşılanıb.

Daha sonra məktəbin direktoru Nuranə Vəliyeva Azərbaycan Ordusunun böyük Zəfərindən söz açıb, şəhidlərin əziz xatirəsinin daim uca tutulacağını, Azərbaycanın ərazi bütövlüyü uğrunda canını fəda edən, sağlamlığını itirən qəhrəmanların heç vaxt unudulmayacağını bildirib.

Tədbirdə Azərbaycan Yazıçılar Birliyi İdarə Heyətinin üzvü, şair Elçin Mirzəbəyli, “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri, şəhid polkovnik-leytenant Raquf Orucovun həyat yoldaşı Sevinc Orucova, şəhid polkovnik Vüqar Yusifovun xanımı Lalə Yusifova, şəhid mayor Elnur Əliyevin xanımı Nuranə Məmmədova, şəhid Hüseyn Nəcəfzadənin anası Könül Nəcəfova, şəhid Nicat Qarazadənin anası Nuridə Abbasova, həmçinin qazi və veteranlarımız iştirak ediblər.

www.yenicag.az

323
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv