Əfqanıstan İslam Respublikasının Prezidenti Məhəmməd Əşrəf Qaninin Azərbaycan Respublikasına səfəri oktyabrın 26-da başa çatıb.
Yenicag.az-ın xəbərinə görə, Əfqanıstan Prezidenti Məhəmməd Əşrəf Qanini Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarov, Xarici İşlər nazirinin müavini Ramiz Həsənov və digər rəsmi şəxslər yola salıblar.