!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Estoniya Rusiya vətəndaşlarını deportasiya etməyin yollarını axtarır

!Reklam – Yazi
Estoniyanın baş naziri Kaya Kallas bildirib ki, ölkə hökuməti Rusiya vətəndaşlığını qəbul edənləri deportasiya etməyin yollarını axtarır. 
Yenicag.az xəbər verir ki, bu barədə “Postimees” qəzeti yazıb.
Kallasın sözlərinə görə, Estoniya hökuməti Rusiya vətəndaşlığının alınması faktını nəzərdən qaçıra bilməz.
“Rusiya Federasiyasının Ukrayna dövlətinə və xalqına hücum etdiyi bir vaxtda Estoniyada yaşayan şəxsin Rusiya Federasiyasının vətəndaşlığını almaq qərarına gəlməsi onu göstərir ki, lazım gələrsə, səfərbərlik çərçivəsində orduya qoşulmağa, Ukraynaya qarşı hücumlarda iştirak etməyə hazırdı”, deyə baş nazir bildirib.
Eyni zamanda, baş nazir hər bir prosedurun fərdi və müəyyən bir insanın yaratdığı təhlükədən asılı olduğunu deyib.

www.yenicag.az

670
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv