Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Estoniyada yaşayan azərbaycanlılardan şəhid ailələrinə DƏSTƏK - FOTO

“Son günlərin ən xoş və sevimli xəbərlərindən biri – “YAŞAT” Fondu. Vətənimizə, millətimizə xeyirli olsun! Estoniyada yaşayan azərbaycanlılar olaraq cənab Prezident İlham Əliyevin təşəbbüsünə qoşulur və dəstəkləyirik”.

Bu barədə Yenicag.az-a Estoniya Azərbaycanlıları Cəmiyyətindən məlumat verilib.

“Estoniyada yaşayan azərbaycanlılar olaraq bir müddət öncə Azərbaycan Evində görüş keçirib və çox qısa bir müddət ərzində cəmiyyətimizin üzvləri tərəfindən böyük dəstək göstərilib. Toplanan vəsait 25 Şəhidimizin ailəsinə dəstək məqsədilə ünvanlanıb.

Bununla yanaşı Şanlı Ordumuza və qalib əsgərlərimizə dəstək məqsədilə Silahlı Qüvvələrə Yardım Fonduna cəmiyyətimiz tərəfindən ianə edilib. Estoniyada yaşayan azərbaycanlılar olaraq hər zaman Vətənimizə dəstək olmağa davam edirik və fəxrlə də davam edəcəyik. Allahdan Şəhidlərimizə rəhmət, yaralı qazilərimizə şəfalar diləyirik! Biz Vətənimizi birlikdə “YAŞAT”acağıq! Yaxın zamanda cəmiyyətimiz adından “YAŞAT” Fonduna da dəstək olmağa hazırlaşırıq!”

Xatırladaq ki, Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondu – “YAŞAT” Fondu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 8 dekabr 2020-ci il tarixli Fərmanı əsasında yaradılıb. Fondun məqsədi şəhid ailələrinin və hərbi əməliyyatlar nəticəsində əlilliyi müəyyən olunmuş şəxslərin sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi istiqamətində vətəndaş cəmiyyəti təşəbbüslərinin reallaşdırılması üçün müvafiq platformanın yaradılması, bu sahədə şəffaflığın, hesabatlılığın və ictimai nəzarətin təmin edilməsidir.

www.yenicag.az

219