Estoniyanın Azərbaycandakı müvəqqəti işlər vəkili İndrek Kiverikin diplomatik missiyası başa çatıb.
Yenicag.az xəbər verir ki, diplomat Bakıdan avqust ayında ayrılacaq.
İ.Kiverik fəaliyyətini Estoniya Xarici İşlər Nazirliyində davam etdirəcək. O, XİN-də Çinlə bağlı məsələlərə nəzarət edəcək.
Qeyd edək ki, İ.Kiverik bu vəzifəni artıq 3 ildir tutur. O, bu vəzifədə hazırda Avropa İttifaqının Qırğızıstandakı missiyasına rəhbərlik edən Yaap Oru əvəz edib./Report/