!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ət məhsulları BAHALAŞDI: “Qiymət artımına səbəb…” - AÇIQLAMA

!Reklam – Yazi

“Qarşıdakı aylarda da təbii yemin azalması və daha çox əlavə yemin ölkəyə gətirilməsi ətin qiymətinə təsir edəcək”.

Bu sözləri Azərbaycanda mal ətinin qiymətinin qalxmasının səbəblərini şərh edərkən iqtisadçı ekspert Eyyub kərimli Yenicag.az-a açıqlamasında deyib.


O, hazırda mal ətinin qiymətinin qalxmasının bir neçə səbəbdən baş verdiyini bildirib:

“Hazırda Azərbaycanda iribuynuzlu və xırdabuynuzlu heyvanların sayında azalma müşahidə edilir. Bunun bir neçə səbəbi var. Əvvəllər Azərbaycana ət məhsulları əsasən Ukraynadan daha ucuz idxal olunurdu. Müəyyən səbəblərə görə hazırda bu idxalda məhdudiyyətlər var.

Mal əti qiymətinin qalxmasının digər səbəblərindən biri də ölkəmizdə örüş sahələrinin azalmasıdır və yemin bahalaşmasıdır. Bu da fermerlərin rentabelliyinə müəyyən mənfi təsirlərini göstərir. Hesab edirəm ki, qarşıdakı aylarda da təbii yemin azalması və daha çox əlavə yemin ölkəyə gətirilməsi ətin qiymətinə təsir edəcək.

Gələcəkdə örüş yerlərinin sayının artırılmasına daha çox diqqət ayırmalıyıq. Çünki ərzaq təhlükəsizliyinin təmin edilməsi ilə bağlı daha çox əkin sahələrinin genişləndirilməsi müşahidə olunur. Bu da örüş sahələrinin azalmasına öz mənfi təsirlərini göstərir. İkinici məsələ isə ölkədə hidroponik yemin tətbiqini genişləndirmək lazımdır. Çünki bu, maya dəyəri az, məhsuldarlığı çox olan yem növüdür”.

Sadiq Cavadov

www.yenicag.az

295
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv