!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Etibar Əliyev sabiq deputatı TƏHQİR ETDİ: "Debil, alçaq, ifləmə..." - MM-ə müraciət edildi

!Reklam – Yazi

Deputat Etibar Əliyev keçmiş millət vəkili Nazim Bəydəmirlini təhqir edib.

Yenicag.az xəbər verir ki, deputat Nazim Bəydəmirlinin sosial şəbəkə hesabında paylaşım edərək onu söydürdüyünü qeyd edib.

Etibar Əliyev, “Yenidən fikirlərim təhrif olunub. Mən heç bir kütləvi informasiya vasitəsinə konkret olaraq deməmişəm ki, müəllimlər saxta COVID-19 pasportu alıb… Bir debil keçmiş deputat var: Nazim Bəydəmirli. Yarımçıq adamdır. Biz tərəfdə belə adama ifləmə də deyirlər. Bu debil mənim adımdan demədiyim bir fikri paylaşıb. Sonra ona ağlına uyğun yönüm verib. Bu debilin hələ bir sözünü xatırlayan yoxdur. Başına da özü kimi debilləri toplayıb. Ara qarışdırmaq üçün əlinə fürsət düşüb. Təhrif olunmuş fikrimi paylaşıb, ünvanıma təhqiramiz ifadələr təşkil elətdirir”, – deyə qeyd edib.

Paylaşıma rəy yazan deputat Nazim Bəydəmirlinin ünvanına “alçaq” sözünü istifadə edib.

Nazim Bəydəmirli də öz növbəsində Etibar Əliyev haqqında Milli Məclis rəhbərliyinə müraciət edəcəyini bildirib:

“Mən deputatı təhqir etməmişəm və heç kəsi də yönləndirməmişəm, tam əksinə, onu təhqir edən bir çoxlarının şərhlərini silmişəm… Ancaq onun açıq mənbələrdə publik olaraq, öz tərbiyəsinə uyğun olaraq mənə “debil, şərəfsiz, tərbiyəsiz, yarımçıq adam” və s. yazaraq təhqir etməsi barədə Milli Məclisin rəhbərliyinə və Etika komissiyasına, eyni zamanda təmsil olunduğu ictimai təşkilatlara müraciət etməkdən başqa yolum qalmadı…”

www.yenicag.az

823
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv