!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Etibarnaməsiz sürücüyə 1 gündə 2 CƏRİMƏ: “Avtomobilin sahibi də maşındadırsa...”

!Reklam – Yazi

“Cərimənin qanunda göstərilən hansı maddə ilə tətbiq olunduğu mühüm rol oynayır”.

Bu fikirləri sosial şəbəkədə gündəmə gətirilən avtomobilin sahibi maşında olduğu halda, sükan arxasındakı sürücüyə bir gündə iki cərimə yazılması faktının qanuna uyğunluğunu şərh edən nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov Yenicag.az-a açıqlamasında deyib.Onun sözlərinə görə, idarə edən şəxsin sürücülük vəsiqəsi varsa və avtomobilin sahibi maşındadırsa, bu halda etibarnaməyə ehtiyac yoxdur:

“Çünki avtomobilin sahibi elə canlı etibarnamədir. Belə olan halda avtomobili idarə edən şəxsə cərimə yazıla bilməz. Lakin məsələ ilə bağlı bilmədiyimiz detallar da ola bilər. Bu səbəbdən araşdırma aparmaq zəruridir.

Digər tərəfdən, “sürücüyə bir gündə iki cərimə yazıla bilməz” fikirləri yalnışdır. Bir gündə lap 200 cərimə də yazıla bilər. Sadəcə, cərimənin qanunda göstərilən hansı maddə ilə tətbiq olunduğu mühüm rol oynayır”.

Nəsimi Ələsgərli

www.yenicag.az

167
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv