!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Etimad İsmayılovun cənazəsi Bakıya gətirilir

!Reklam – Yazi

Türkiyədə qətlə yetirilən azərbaycanlı iş adamı Etimad İsmayılovun cənazəsi bu gün axşam saat 20.40-da İstanbuldan Bakıya gətiriləcək.

Yenicag.az xəbər verir ki, E.İsmayılovun həyat yoldaşı, jurnalist Sevil Nuriyeva da Bakıya gələcək.

Cənazənin saat 23.40-da Bakıda olacağı gözlənilir. Cənazə sabah saat 11.00-da İlyas İsmayılovun Sibiris Hotelin yaxınlığındakı bağ evindən götürüləcək və Nardaran qəbristanlığında dəfn ediləcək.

Xatırladaq ki, Etimad İsmayılov İstanbuldakı ofisində Azərbaycanın sabiq polis rəisi Gözəl Dəmirovla mübahisə edib. G.Dəmirov tapança ilə E.İsmayılova 3 dəfə atəş açıb. G.Dəmirov hadisə baş verən ərazidən uzaqlaşıb. Ağır yaralanan E.İsmayılov xəstəxanaya çatdırılsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər.

Türkiyə polisinin apardığı əməliyyat-axtarış tədbirləri nəticəsində G.Dəmirov Beşiktaşda saxlanılıb, onunla birlikdə bir nəfər də tutulub.

Qeyd edək ki, Etimad İsmayılov Azərbaycanın sabiq baş prokuroru, Milli Məclisin sabiq deputatı, Ədalət Partiyasının sədri İlyas İsmayılovun oğludur.

www.yenicag.az

2243
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv