!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ətin bahalaşmasının SƏBƏBİ: “Bir nəfərə düşən ferma sayı...” - ŞƏRH

!Reklam – Yazi

“İqtisadi miqrasiya səbəblərindən insanlar mal-qara, qoyun və s. saxlaya bilmirlər. Bu barədə ciddi çətinliklər yaranıb”.

Bu sözləri Yenicag.az-a ət qiymətlərinin artması ilə bağlı danışarkən iqtisadçı, keçmiş villət vəkili Nazim Bəydəmirov deyib.

O bildirib ki, bazarda qiymətlərin artma ehtimalı yüksəkdir:

“Son 6 ildə qoyun saylarında 9 faiz azalma müşahidə olunur. Dövlət Statistika Komitəsinin 2016-cı il hesabatına görə, 8 milyon başdan çox qoyun var idi.  Amma indi bu say azalıb. Bunun da səbəbi rayonlarda yaşayan vətəndaşların kənd təsəffüratı ilə bağlı problemlərinin olmasıdır. Belə ki, saxlanılan qoyunların təqribən 46 faizi qoyunçuluqla məşğul olan sahibkarların cəmi 8 faizidir. Bu da monopoliyaya işarədir. Daha böyük qoyun fermaları daha az insana mənsubdur. Yəni bir insanın bir neçə dənə ferması var. Ona görə də ət bahalaşmağa başlayır. Sayı artan əhalini isə “yedizdirmək” lazımdır. Amma təəssüflər olsun ki, bazarda qiymətlərin artma ehtimalı yüksəkdir”.

Şahanə Paşa

www.yenicag.az

331
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv