!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ətin qiyməti UCUZLAŞA BİLƏRMİ? – Ekspert AÇIQLADI

!Reklam – Yazi

“Mal ətinin qiymətinin aşağı düşməsi üçün onun daxildə istehsalını daha da artırmalıyıq”.

Bunu Azərbaycanın Rusiyadan son 6 ayda çox sayda mal-qara idxal etməsinin ölkədə ətin qiymətinə təsirlərini şərh edərkən İqtisadi və Sosial Araşdırmalara Yardım İctimai Birliyinin sədri Eyyub Kərimli Yenicag.az-a açıqlamasında deyib.

O, mal əti qiymətinin aşağı düşməsi üçün bir sıra amilləri nəzərə almaq lazım olduğunu bildirib:

“Ümumiyyətlə, Azərbaycanda ətə tələbat çoxdur. Rusiyadan ölkəmizə çox sayda mal-qara gəlsə də, son aylar qiymət artımını müşahidə edirik. Azərbaycanda 1 milyondan çox iribuynuzlu və 8 milyona yaxın xırda buynuzlu heyvan olmasına baxmayaraq, yem xərclərinin çox olmasına görə ətin qiyməti baha olur. Bu il tək Rusiyadan yox, həm də Ukrayna və Hindistandan mal əti idxal edilib. Bu isə onu deməyə əsas verir ki, ölkəmizdə ətə olan tələbat tam qarşılanmır.

Ölkəmizdə mal ətinin konservləşdirilməsi üçün emal sənayesi var. Yəni biz həm də mal ətinin ixracatçısıyıq. Onun qiymətinin aşağı düşməsi üçün daxili ət istehsalımızı daha da artırmalıyıq. Biz burada heyvan yeminin qiymətini nəzərə almaqla yanaşı ölkəyə idxal edilən mal ətinin gömrük rüsumlarına, daşınma və saxlanma xərclərinə də nəzər etməliyik”.

Sadiq Cavadov

www.yenicag.az

331
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv