!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Etiraf edilməyən Üçüncü Dünya SAVAŞI: “Atom bombasından başqa bütün silahlardan istifadə olunursa...”

!Reklam – Yazi

“Rusiya Baltikyanı və Qafqaz ölkələri üzərində nəzarət zərfini itirdiyi üçün əvvəlki imkanları xeyli məhdudlaşıb”.

Bu fikiri Rusiya ilə Qərb arasında şiddəttlənən strateji qarşıdurmanın mümkün inkişafını dəyərləndirən müstəqil siyasətçi Zəlimxan Məmmədli Yenicag.az-a açıqlamasında deyib.

Zəlimxan Məmmədlinin sözlərinə görə, Qərb yeni texnologiyaların əldə olunmasında Rusiyanı 30-40 il üstələyir:

“SSRİ qurulandan bu yana dünyada ideoloji-strateji müharibələr davam edir. ABŞ və Rusiya ayrı-ayrılıqda dünyanın təkqütblü olmasına iddialıdır. Artıq Rusiyanın siyasi cəhətdən çöküşü bəllidir. Rusiya Baltikyani və Qafqaz ölkələri üzərində nəzarət zərfini itirdiyi üçün əvvəlki imkanları xeyli məhdudlaşıb. Rusiya-Ukrayna cəbhəsində dünyanın ikinci hərbi gücünə malik olan dövlətin çöküşü açıq görünməsə də, onun psixoloji çöküşü önəmli şərtlərdən biridir.

Navalının ölümü və Ukraynaya qarşı bütün silahlardan istifadə edilməsi Putinin seçkiyə hesablanan addımlarıdır. Hesab edirəm ki, Rusiya və onun mənəvi-psixoloji məğlubiyyəti qaçınılmazdır. Eyni zamanda, hərbi sahədə məğlubiyətinin də işartıları görünə bilər. Artıq Qərb yeni texnologiyaların əldə olunmasında Rusiyanı 30-40 il üstələyir. Müharibə isə Rusiyanı 30-40 il geri salıb. Bu prosesin geriyə dönüşü yoxdur.

Bəzi ölkələr əllərində olan silah-sursatı, F-16 yəyyarələrini Ukraynaya vermək haqqında bəyanatlarla çıxış edirlər. Bu baxımdan, Rusiyanın hərbi uğurlarının keçici xarakter daşıdığını düşünürəm. Qərblə Rusiya arasında davam edən bu savaşda atom bombasından başqa bütün silahlardan istifadə olunur. Konkret deyə bilərik ki, Üçüncü Dünya müharibəsi gedir. Bu savaşda Rusiyanın çöküşü labüddür. Əks halda, ABŞ və Qərbin iflası qaçılmazdır”.

Səxavət Məmməd

www.yenicag.az

315
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv