Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Ətrafa tullantılar atan istixana ilə bağlı QƏRAR verildi

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) rəsmi internet səhifəsinin Eko-Radar bölməsinə Masazır qəsəbəsindəki istixananın yaxınlığındakı gölməçənin ətrafına tullantıların atılması barədə daxil olan şikayət Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən araşdırılıb.

ETSN-dən Yenicag.az-a verilən məlumata görə, araşdırma zamanı ərazidə fəaliyyət göstərən istixanada formalaşan tullantıların ətrafa qeyri-mütəşəkkil atıldığı məlum olub. Nazirliyin əməkdaşlarının nəzarəti altında istixananın işçiləri tərəfindən ərazi tullantılardan təmizlənib.

Gələcəkdə belə hallara yol verilməməsi və tullantıların düzgün idarə olunması məqsədilə istixanaya məcburi göstəriş verilib.

www.yenicag.az

238