ETSN: “İyunun 1-dən hava yenidən sərinləşəcək”

İlkin proqnozlara görə, iyunun 1-i axşamdan başlayaraq, ölkə ərazisində temperatur yenidən enəcək.

Yenicag.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin İctimai təşkilatla iş, ekoloji maarifləndirmə və elm sektorunun müdiri Umayra Tağıyeva bildirib.

Nazirlik rəsmisinin sözlərinə görə, iyunun 1-də gündüz 28-30 dərəcə isti olacağı gözlənilir. Lakin iyunun 1-i axşamdan başlayaraq temperatur 3-5 dərəcə enəcək, nəticədə iyunun 2-3-də Bakı və Abşeron yarımadasında nisbətən sərin hava şəraiti müşahidə ediləcək. Həmin günlərdə temperaturun müsbət 22-25 dərəcə olacağı gözlənilir.

U.Tağıyeva qeyd edilən müddətdə respublikanın rayonlarında da sərin hava şəraitinin gözlənildiyini söyləyib.

Sektor müdiri əlavə edib ki, iyunun 5-dən temperatur yenidən yüksələcək. (Trend)

COP29