Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

“EuroHome”dakı yanğınla bağlı YENİ XƏBƏR - 2 FHN əməkdaşı xəsarət alıb

“EuroHome” tikinti materialları bazarında baş vermiş yanğın söndürülən zaman obyekt sahibləri və vətəndaşlar tərəfindən xəsarət alma faktı qeydə alınmayıb”.

Yenicag.az-ın xəbərinə görə, bunu Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafızə Xidmətinin rəisi Füzuli Əsədov deyib.

O bildirib ki, hadisə zamanı Nazirliyin 2 əməkdaşı yüngül tüstüdən zəhərlənmə xəsarət alıb: “Həmin şəxslər tibbi yardım aldıqdan sonra xidmətlərinə davam etdirirlər”.

Qeyd edək ki, rəsmi məlumata əsasən, yanğın “EuroHome” tikinti materialları bazarında mayın 11-i gecə saatlarında baş verib.

Belə ki, Bakı şəhərinin Binəqədi rayonunda yerləşən “EuroHome” tikinti materialları bazarında yanğın baş verməsi barədə FHN-in “112” qaynar telefon xəttinə məlumat daxil olub. Zəng daxil olandan 6 dəqiqə sonra – saat 22:57-də Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə çatıb. Yanğın saat 00:30-da məhdudlaşdırılıb, 01:30-da isə tam söndürülüb. Ümumi sahəsi təqribən, 22 500 kv.m.-ə yaxın olan bazarın 3 300 kv.m. hissəsi yanıb, bazarın qalan hissəsi yanğından mühafizə olunub və qısa müddətdə məhdudlaşdırılaraq söndürülməsi təmin edilib./Report/

www.yenicag.az

286