!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

“Eurovision”a getmək istəyən Cavanşirə DƏSTƏK: “O yaşda belə bir…”

!Reklam – Yazi

Əməkdar artist Cavanşir Məmmədovun “”Eurovision”a getmək istəyərəm. Orada beş nəfərlik qrupla elə çıxış edərəm, dünya bir-birinə dəyər” sözləri şou aləmdə də müzakirələrə səbəb olub. Bəziləri onun bu iddiasına irad tutsa da, bəziləri müğənniyə dəstək çıxıb.

Yenicag.az-a açıqlama verən tanınmış prodüser Oqtay Əliyev C.Məmmədovu nəinki qınayıb, onun addımını cəsarət kimi dəyərləndirib:

“Cavanşir Məmmədov deyirsə ki, elə bir beynəlxalq musiqi yarışmasına gedərəm, demək ki, özünə inanır. Gedirsə, getsin. Amma gərək Cavanşir də Firuzə İbadova da buradakı seçim turlarından keçə. Çünki bu tarlardan keçmək vacibdir. Qaldı ki, yaşının müzakirə olunmasına, dünya təcrübəsində yaşlı sənət adamlarının “Eurovision”a qatılması az olmayıb. Patrisiya Kas elə 70 yaşında o yarışmaya getdi çıxdı. Alla Puqaçova da elə o yarışmaya qatılanda Cavanşirin yaşında idi. Eləcə də rus nənələri ora gedəndə 80 yaşları var idi. Hər bir müğənni istəyər ki, gedib elə möhtəşəm yarışmada özünü sınasın. Kimdir onun arzusunun qarşısına sədd çəkən? Bir insanın əgər o yaşda arzuları varsa, demək ki, onda inkişaf var. Digərləri kimi, şələ-şüləsini yığıb 40 yaşda evdə oturmur. Bu adamın əgər içində o şövq, inam varsa bu gözəl şeydir. Mən heç bilmirəm, onlar o yarışmaya gedəcək ya yox, seçim turlarına qatılsa, o turlardan keçə biləcək ya yox, sadəcə olaraq o istək, o sevgi varsa, niyə də yox”.

Cəvahir

www.yenicag.az

662
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv