!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Evdə konservləşdirilmiş qidalardan istifadə edərkən bunlara DİQQƏT EDİN

!Reklam – Yazi

“Kiflənmiş, şişmiş, rəngi və qoxusu dəyişmiş, qapağı əyilmiş və ya sızan konservlər heç vaxt istehlak edilməməli, hətta dadına baxılmamalıdır”.

Yenicag.az xəbər verir ki, bunu evdə hazırlanan konservlər haqqında danışan mütəxəssis Dr. Raşit Dursun deyib.

O bildirib ki, ənənəvi olaraq yazın sonunda evdə hazırlanan və daha çox payız-qış aylarında istehlak edilən konservlər yemək zəhərlənməyə səbəb ola bilər:

“Mövsümi meyvə və tərəvəzləri müxtəlif dövrlərdə istehlak etmək üçün ən çox istifadə edilən üsullardan biri də konservləşdirmədir. Yay və payız aylarında ənənəvi üsullarla konservləşdirmə getdikcə artır.

Botulizm daha çox ev şəraitində hazırlanan konservlərdən yaranan xəstəlikdir. Çirklənmiş konserv məhsulları yeyildikdən 12-72 saat sonra başlayan ürəkbulanma, qusma, halsızlıq və başgicəllənmə kimi şikayətlər, udma və danışmada çətinlik, ağızda quruluq, bulanıq görmə, ikiqat görmə kimi şikayətlərlə müşayiət oluna bilər.

Konservləşdirilmiş qidaların yaxşıca yuyulması, ətraf mühitin gigiyenasının təmin edilməsi və duz tərkibinin balanslı olması lazımdır. Qida zəhərlənməsi əlamətlərini görülən zaman ən yaxın tibb müəssisəsinə müraciət etmək çox vacibdir”.

Nəsimi Ələsgərli

www.yenicag.az

402
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv