Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Evdə ocaq yandırdılar - Xəstəxanalıq oldular

Hövsan qəsəbəsində yerləşən çoxmərtəbəli yaşayış binalarından birindən polisə daxil olan müraciət həll olunaraq vətəndaşları narahat edən hallar tam olaraq aradan qaldırılıb.

Yenicag.az xəbər verir ki, adının açıqlanmasını istəməyən bina sakinlərindən birinin verdiyi məlumata görə, Hövsan qəsəbəsində Hafiz Quliyev küçəsində olan yaşayış binalarından birində yaşayan ruhi-əsəb xəstələri sakinləri narahat etməklə, yaşayış binasında zaman-zaman evin içərisində ocaq yandırmaqla yemək bişirilməsi, antisanitariya və gigiyena normalarına əməl etmədən çox acınacaqlı və təhlükəli vəziyyət yaradıblar. İllərdir yaranan, müşkülə çevrilən bu problemin həlli üzrə edilən bütün müraciətlər müvafiq orqanlar tərəfindən cavabsız qalıb, hər təşkilat digər dövlət qurumuna yönəldib onları.

Çıxış yolunu Daxili İşlər Nazirliyinə müraciət etməkdə görən vətəndaşları narahat edən bu problem bir günün içərisində həll olunaraq sakinləri qayğılandıran hallar tam aradan qaldırılıb. Bakı şəhər Baş Polis İdarəsi (BŞBPİ) tərəfindən dərhal ünvana baxış keçirilib, həmin qadınların müvafiq sənədləri olmadığı aşkarlanıb. Zəruri olan sənədlər dərhal hazırlanaraq onların xəstəxanaya yerləşdirilməsi təmin olunub.

Görülən işlərdən, polis operativ müdaxiləsindən razılıq edən vətəndaşlar onlara göstərilən qayğıya görə, dövlət başçısının vətəndaş məmnunluğunun təmin olunması ilə bağlı Daxili İşlər naziri Vilayət Eyvazovun həyata keçirdiyi işlərin konkret nəticəsi olduğunu qürur hissi ilə vurğulayıblar./Report/

www.yenicag.az

383