!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Evdə sosial-məişət xidməti göstərilən tənha ahıl və əlillərin sayı açıqlandı

!Reklam – Yazi

Evdə sosial-məişət xidməti göstərilən tənha ahıl və əlilliyi olan vətəndaşların sayı açıqlanıb.

Yenicag.az bildirir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin sədri Vüqar Behbudov belə şəxslərin sayının 4 941 nəfər olduğunu deyib.

Onun sözlərinə görə, hazırda 3885 nəfəri qadın, 1056 nəfəri kişi olmaqla 4941 nəfər tənha ahıl və əlilliyi olan vətəndaşa evdə sosial-məişət xidməti göstərilir: “Həmin vətəndaşlardan 4326 nəfəri ahıl, 615 nəfəri isə 70 yaşdan aşağı olan, tənha yaşayan şəxslərdir. Evdə sosial-məişət xidməti göstərilən 4941 vətəndaşın 821 nəfəri əlilliyi olan şəxslərdir”.

V.Behbudov bildirib ki, hazırda 739 sosial xidmətçi və 27 sosial agent həmin şəxslərə evdə sosial-məişət xidməti göstərir.

www.yenicag.az

488
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv