!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Evdə təhsil məktəbi bağlanır: Sağlamlıq imkanı məhdud uşaqlar necə dərs alacaqlar?

!Reklam – Yazi

“Sağlamlıq imkanları məhdud uşaqların təhsilə cəlb olunması və sosial inteqrasiyası məqsədilə onlar üçün təhsilin əlçatanlığının, səmərəliliyinin və bərabərliyinin təmin olunması prioritetdir. Bu baxımdan 219 nömrəli evdə təhsil məktəbi şagirdlərinin təhsilinin qanunauyğun şəkildə ərazi üzrə ümumi təhsil müəssisələri vasitəsilə təşkili məqsədəuyğundur”.

Bu barədə Yenicag.az-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.

Son günlərdə sağlamlıq imkanları məhdud uşaqların təhsil aldığı 219 nömrəli evdə təhsil məktəbinin bağlanacağı haqqında yayılan məlumatlara aydınlıq gətirən idarədən bildirilib ki, hazırda qeyd olunan məktəb fəaliyyətini davam etdirsə də, evdə təhsilə cəlb olunmuş uşaqların cəmiyyətə adaptasiyası, onlara psixoloji xidmətin göstərilməsi məqsədilə uşaqların yaşayış yerlərinə yaxın məktəb vasitəsilə evdə təhsilə cəlb olunması işlərinin mərhələli şəkildə həyata keçirilməsi nəzərdə tutulur:

“İlk olaraq 219 nömrəli evdə təhsil məktəbinə sağlamlıq imkanları məhdud yeni uşaqların yönləndirilməməsi, məktəbin sağlamlıq imkanları məhdud şagirdlərinin isə öz məktəblərində evdə təhsillərini davam etdirməsi nəzərdə tutulur. Dərs saatları azalan müəllimlərə digər məktəblərdə uyğun dərs saatlarının verilməsi təmin olunur. Uşaqların müəllimlərə psixoloji bağlılıqları nəzərə alınaraq həmin şagirdlərə öz müəllimlərinin dərs deməsi üçün bütün mümkün köməkliklər göstərilir.

Növbəti mərhələdə 2024-2025-ci tədris ilindən etibarən qeyd olunan sağlamlıq imkanları məhdud şagirdlərin yaşayış yerlərinə yaxın məktəblər vasitəsilə evdə təhsillərini davam etdirməsi məsələsinə baxıldıqdan sonra şagirdlər daha keyfiyyətli təhsillə təmin olunacaq. Pedaqoji kollektiv üzvləri də fəaliyyətlərini davam etdirəcəklər.

219 nömrəli evdə təhsil məktəbinin kollektivi ilə görüşdə də bütün bu məqamlar və qanunauyğun proseslər diqqətə çatdırılıb.

Evdə təhsil alan uşaqların sağlamlıq durumları imkan verdiyi halda inklüziv təhsilə cəlb edilməsi də qarşıda duran məsələlərdəndir”.

www.yenicag.az

342
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv