!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Evdən 52 min manatlıq oğurluq edildi

!Reklam – Yazi

Ağdamda evdən 52 min manatlıq oğurluq edilib.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Yenicag.az-a verilən məlumata görə, Ağdam Rayon Polis Şöbəsinə müraciət edən rayon sakini ona məxsus fərdi yaşayış evindən 37 200 manat pulunun və 15 000 manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması barədə məlumat verib.

Müraciət əsasında dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Ağcabədi rayon sakinləri Tural Tağıyev, Anar Həsənov və Ehtiram İsmayıloğlu saxlanılıblar. Həmin şəxslərdən oğurladıqları pulun və qızıl-zinət əşyalarının bir qismi maddi sübut kimi aşkar edilərək götürülüb.

Faktla bağlı Ağdam RPŞ-də cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

www.yenicag.az

399
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv