!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Evdən qızıl oğurlayan şəxs yaxalandı

!Reklam – Yazi

Qusarda 13 min manatdan çox dəyəri olan qızıl zinət əşyaları oğurlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba Regional Qrupundan Yenicag.az-a verilən məlumata görə, Qusar Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq hadisəsini törətməklə zərərçəkmişə ümumilikdə 13275 manat ziyan vurmaqda şübhəli bilinən rayon sakini Zaur Əlipoladov saxlanılıb. Həmin şəxsin həmyerlisinə məxsus mənzilə gizlin daxil olaraq qızıl zinət əşyaları oğurlaması müəyyən edilib.

Faktla bağlı RPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.

www.yenicag.az

344
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv