Reklam: High Technic
hightechnic

Əvəz Zeynallı sərbəst buraxıldı

Bu gün Binəqədi Rayon Məhkəməsində “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı barəsində məhkəmə qərarı elan olunub.

Yenicag.az xəbər verİr ki, o, 200 manat cərimələnərək sərbəst buraxılıb.

Xatırladaq ki, Ə.Zeynallı ötən gün çəkiliş aparan zaman Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb və daha sonra ona qarşı İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə (polisin qanuni əmrinə tabe olmama) inzibati iş qaldırılıb.

Qeyd edək ki, Ə.Zeynalı 2013-cü ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 9 il müddətinə azadlıqdan məhrum olunub. 2014-cü ilin dekabr ayında əfv sərəncamı ilə azadlığa buraxılıb. (report)

www.yenicag.az

1089